Home » Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında pul siyasəti üzrə müzakirələr aparılıb

Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında pul siyasəti üzrə müzakirələr aparılıb

by Zeyneb
0 comments 1 views 0 minutes read

Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında pul siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Bu məqsədlə Azərbaycan tərəfinin nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında işgüzar səfərdə olub.

Səfər çərçivəsində keçirilən görüşlərdə pul siyasətinin strateji və əməliyyat çərçivələri, qərar qəbuletmə prosesi, eləcə də pul siyasətinin kommunikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb.

Tərəflər həmçinin yeni iqtisadi çağırışlara uyğun olaraq pul siyasəti mexanizmlərinin daha da təkmilləşdirilməsi istiqamətlərini müzakirə ediblər.

Görüşlər zamanı analitik potensialın gücləndirilməsi üçün görüləcək işlər və gələcək əməkdaşlıq imkanları ilə bağlı təkliflər də səsləndirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.