Home » Azərbaycan və Qazaxıstanın KOB subyektləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və Qazaxıstanın KOB subyektləri arasında əməkdaşlıq imkanları müzakirə edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Martın 3-də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə işgüzar görüş təşkil olunub. Dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının iştirakı ilə keçirilmiş tədbirdə ölkələrimizin iqtisadi prioritetlərinə, iqtisadi əməkdaşlığın yeni istiqamətlərinə, ticarət, investisiya, energetika, nəqliyyat, eləcə də mikro, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

İşgüzar görüşdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin Qazaxıstanın KOB sahəsində ixtisaslaşmış müvafiq qurumları və sahibkarları ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. KOBİA-nın Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı barədə məlumat verən Orxan Məmmədov hazırda tərəflər arasında 2019-cu ildə imzalanmış memoranduma uyğun olaraq qarşılıqlı əməkdaşlığa dair birgə yol xəritəsinin hazırlandığını bildirib. Vurğulanıb ki, bu yol xəritəsində iş adamları arasında “B2B” görüşlərin təşkili, KOB-ların dəstəklənməsi üçün ən yaxşı təcrübəyə dair məlumat mübadiləsi, bznes assosiasiyalar arasında qarşılıqlı məsləhətləşmələr kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur. İşgüzar görüşdə KOBİA-nın xidmətləri və dəstək mexanizmləri barədə də məlumat verilib, yerli və Qazaxıstandan olan iş adamlarının birgə biznes layihələr həyata keçirməsinə Agentliyin dəstək və xidmətlər göstərə biləcəyi diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.