Home » KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişləndirilir

KOBİA-nın regionlarda sahibkarlara göstərdiyi xidmətlərin əhatə dairəsi genişləndirilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Martın 4-də Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsinin yekun konfransı keçirilib. 

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin regionlarda sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib, dəstək mexanzmlərinin əhatə dairəsinin genişləndiriləcəyini vurğulayıb. Qeyd olunub ki, ölkəmizdə, xüsusilə də regionlarda fəaliyyət göstərən biznes subyektlərinin böyük əksəriyyəti mikro və kiçik sahibkarlardır. Regionlarda mikro və kiçik biznesin uğurlu fəaliyyəti yerli əhalinin rifahi və məşğulluğunun təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu istiqamətdə Agentliyin qarşısında duran başlıca prioritetlər xüsusilə regionlarda mikro və kiçik sahibkarlığın inkişafının təmin edilməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və bazarlara çıxışlarının genişləndirilməsidir. Sahibkarlara dəstək və xidmətləri yerində təmin etmək üçün Agentliyin regionlarda KOB evləri, KOB inkişafı mərkəzləri və “KOB Dostu” şəbəkəsi fəaliyyət göstərir. Agentliyin regionlar üzrə dəstək mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Orxan Məmmədov həmçinin, “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində Agentliyin KOB inkişaf mərkəzləri ilə birgə təlimlərin təşkil edildiyini və mikro sahibkarların maliyyələşdirildiyini vurğulayıb. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.