
Bu ilin aprel ayının yekununda Azərbaycanda izafi likvidlik 3,8 milyard manat təşkil edib.
Bu barədə Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Azərbaycan Mərkəzi Bankı sədrinin sözlərinə görə, ötən ilin eyni dövründə bu göstərici 2,9 milyard manat olub.
T.Kazımov qeyd edib ki, AMB monetar siyasətin əməliyyat çərçivəsində istifadə olunan alətlər vasitəsilə istinad faiz indeksini uçot dərəcəsinə yaxın səviyyədə idarə etməyə nail olub.
Onun sözlərinə görə, sterilizasiya əməliyyatlarının 89 %-i bir həftəlik depozit hərracları vasitəsilə həyata keçirilib.




