Home » Azərbaycanda sığorta sektorunun inkişafına həsr olunmuş tədbir keçirilib – Foto

Azərbaycanda sığorta sektorunun inkişafına həsr olunmuş tədbir keçirilib – Foto

by ulviyya
0 comment 1 views 1 minutes read

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində yerli sığorta sektorunun inkişafı məqsədilə tədbir keçirilib.

ASA-dan verilən məlumata görə beynəlxalq mütəxəssislərin də iştirak etdiyi tədbir “Sığortada İnstitusional Mükəmməllik: Perspektivlər, Çağırışlar və İmkanlar” mövzusuna həsr olunub.

PwC, KPMG, SEDDK və AMBEST kimi xarici təşkilatların iştirak etdiyi tədbirdə “Solvency II”, “IFRS 17”, sığorta sektorunda inkişafın davamlılığı, risklərin idarə edilməsi, sığortada informasiya təhlükəsizliyi, katastrofik risklərin tənzimlənməsi və s. kimi aktual mövzular başlıca müzakirə istiqamətləri olub.

Tədbirdə çıxış edərək öz təcrübələrini bölüşən xarici ölkələrin sığorta mütəxəssisləri respublikamızda sığorta sənayesinin hazırkı inkişaf dinamikasını, habelə aparılan sektorial islahatları müsbət qiymətləndiriblər.

Qeyd edək ki, bu tədbir Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inkişaf strategiyasına uyğun olaraq, yerli sığorta şirkətlərinin beynəlxalq trend və tendensiyalara əsaslanaraq dayanıqlı inkişafının təmin olunması məqsədilə təşkil olunub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.