Home » Azərbaycanda yaşıl layihələrə 371 milyon manat maliyyə ayrılıb

Azərbaycanda yaşıl layihələrə 371 milyon manat maliyyə ayrılıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda ötən il bank sektoru tərəfindən yaşıl və dayanıqlılıqla əlaqəli layihələrə ümumilikdə 371 milyon manat maliyyə ayrılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı-nın “Dayanıqlı Maliyyə Hesabatı”nda qeyd olunub.

Hesabatda bildirilib ki, COP29 çərçivəsində Azərbaycanın bank sektoru 2030-cu ilə qədər dayanıqlı və yaşıl layihələrə 2 milyard manat vəsait ayırmağı planlaşdırır.

Qeyd olunub ki, bunun nəticəsi olaraq 2025-ci ildə yaşıl layihələrə 344 milyon manat, dayanıqlılıqla əlaqəli layihələrə isə 27 milyon manat maliyyə yönəldilib.

Məlumata əsasən, ayrılmış kreditlərin böyük hissəsi yaşıl nəqliyyat və dayanıqlı kənd təsərrüfatı sahələrinin payına düşüb. Bununla yanaşı, enerji səmərəliliyi və su resurslarının dayanıqlı idarə olunması istiqamətlərində də maliyyələşmə həyata keçirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.