Home » Azərbaycanın strateji valyuta ehtiyatları 85,2 milyard dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 85,2 milyard dollara çatıb

by Zeyneb
0 comments 0 views 0 minutes read

2026-cı ilin birinci rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 117,4 milyon ABŞ dolları artaraq 85,2 milyard ABŞ dollarına yüksəlib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, strateji valyuta ehtiyatlarında qeydə alınan artım ölkənin xarici maliyyə dayanıqlığının qorunub saxlanıldığını və makroiqtisadi sabitliyin möhkəmləndiyini göstərir.

Qeyd edək ki, strateji valyuta ehtiyatlarına Azərbaycan Mərkəzi Bankının və ölkənin digər müvafiq dövlət maliyyə institutlarının xarici valyutada saxlanılan aktivləri daxildir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.