“AzerGold” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur

18 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” QSC-nin ümumi dəyəri 20 000 000 (iyirmi milyon) ABŞ dolları olan istiqrazlarının birinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilmişdir.

Birinci tranş üzrə 10 000 000 (on milyon) ABŞ dolları həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İŞ” QSC-dir.

İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2001019879Faizli təmin edilməmiş sənədsiz adlı100 000(ədəd)100 USD4%3 il90 təqvim günündən bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır