Home » “AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri 238% artdı

“AzerGold” QSC-nin yerli bazarda satış gəlirləri 238% artdı

by anar
0 comments 2 views 1 minutes read

Azərbaycanın qeyri-neft sektorunun təmsil edən əsas ixracatçı dövlət şirkətləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” QSC ixrac əməliyyatları ilə yanaşı, yerli bazarın ən yüksək keyfiyyətli qiymətli metallara tələbatının ödənilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir.

BBN.az xəbər verir ki, Səhmdar Cəmiyyəti tərəfindən 2025-ci ilin yanvar-may ayları ərzində 3698 unsiya qızıl, 8827 unsiya gümüşün yerli bazarda topdan və pərakəndə satışı həyata keçirilib.

Bu ötən illə müqayisədə qızılın satışında 171% artım deməkdir. Gümüş məhsullarının satışında isə 17% artıma nail olunub.

Cari ilin ilk 5 ayında qiymətli məhsulların daxili bazar satışlarından 20.2 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daxili satış gəlirlərində 238% artım deməkdir.

Ümumilikdə, QSC-nin fəaliyyət dövrü ərzində daxili bazarda 22 453 unsiya qızıl, 135 003 unsiya gümüş məhsul satılaraq, 95.4 milyon manat gəlir əldə olunub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.