Home » “AzerGold” QSC və törəmə müəssisələrinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

“AzerGold” QSC və törəmə müəssisələrinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

by anar
0 comment 1 views 1 minutes read

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Azərbaycan Dövlət Pantomima Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Azərbaycan Dövlət Pantomima Teatrında təşkil edilən, “AzerGold” QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin əməkdaşlarının iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev çıxış edərək, 32 il öncə Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. X.Fərzəliyev erməni millətçiliyinin gerçək mahiyyətini əks etdirən bu vandalizmin heç bir zaman unudulmayacağını bildirib.

Ermənistanın terror siyasətinin Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək məqsədi daşıdığını deyən X.Fərzəliyev Xocalı faciəsindən 28 il sonra şanlı ordumuzun hərb meydanında düşmənə layiqli cavab verdiyini, Xocalı cəlladlarının böyük bir qisminin tutularaq ədalət mühakiməsinə cəlb edildiyini qeyd edib. Cari il ərzində xocalılıların öz doğma yurd-yuvalarına qayıdacaqlarını böyük qürur hissi ilə xatırladan “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin liderliyi ilə faciə qurbanlarının qisasının böyük qəhrəmanlıqla alındığını diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımını pantomima teatrı estetikasında nümayiş etdirən “Xocalı bu olub” tamaşası və onun ehtiva etdiyi mesajlardan bəhs edib. Peşəkar aktyorların ifasında həmin dəhşətli gecədə yaşanan faciəni jest və mimikaların dili ilə xüsusilə beynəlxalq müstəvidə əcnəbi tamaşaçılara çatdırıldığı qeyd edilib.

Sonda teatr kollektivinin ifasında müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Bəhruz Əhmədli olan “Xocalı bu olub” tamaşası təqdim edilib. 26 fevral gecəsi baş verənləri əks etdirən təsirli səhnələrin oynanıldığı tamaşa aktyor heyəti və tədbir iştirakçıları tərəfindən soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.