0

“AzerGold” QSC 2026-cı ilin yanvar-fevral ayları ərzində 30,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
BBN.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9.1 milyon ABŞ dolları və ya 41.7% çoxdur.
Qeyd edək ki, “AzerGold” 2025-ci ildə ixracdan 225.7 milyon ABŞ dolları gəlir əldə etmişdi.




