Home » “Azeri Light” neftinin qiyməti 5 %-dən çox ucuzlaşıb

“Azeri Light” neftinin qiyməti 5 %-dən çox ucuzlaşıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,14 ABŞ dolları və ya 5,04 % azalaraq 96,73 ABŞ dolları olub.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 91,43 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 4,71 ABŞ dolları və ya 4,79 % azalaraq 93,54 ABŞ dollarına enib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları olub. Bu marka üzrə neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilir və müqavilə çərçivəsində SOCARın payı 35,30 % təşkil edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.