Home » “Azexport” portalı “Ata Pack” MMC-nin istehsal müəssisəsini ziyarət edib

“Azexport” portalı “Ata Pack” MMC-nin istehsal müəssisəsini ziyarət edib

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının nümayəndələri “Ata Pack” MMC-nin qablaşdırma və etiketləmə müəssisəsində olublar. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov portalın fəaliyyəti, o cümlədən, yerli şirkətlərin xarici bazarlara çıxış imkanlarına göstərdiyi dəstək barədə məlumat verib. O bildirib ki, çap məhsullarının bir qisminin xarici ölkələrdən idxal olunması faktı yerli bazarda müəssisənin genişlənməsi üçün potensial imkanların olduğundan xəbər verir. Bu, həm də bu kateqoriyadan olan məhsulların ixrac imkanlarının da geniş olmasını əyani şəkildə təsdiq edir. A.Qədəşov bildirib ki, müəssisənin istehsal etdiyi yüksək keyfiyyətli çap məhsullarına “Azexport” portalının dəstəyi ilə həm yerli, həm də beynəlxalq bazarlardan müştəri cəlb etmək imkanları genişdir.

“Ata Pack” MMC-nin direktoru Nicat Hüseynov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verib. O, müəssisənin məhsullarının xarici bazarlara çıxarılmasında maraqlı olduqlarını və bunun üçün “Azexport”un yaxşı imkanlar təklif etdiyini bildirib.

Daha sonra görüş “Azexport” portalının yerli və beynəlxalq bazarda təmsil olunma istiqamətində təqdim etdiyi xidmətlərin müzakirəsi ilə davam edib.

Qeyd edək ki, “Azexport” portalında məhsul yerləşdirmə ödənişsizdir. Portal tərəfindən təqdim olunan ixrac sifarişlərinə görə əlavə komissiya və ya xidməthaqqı nəzərdə tutulmayıb. Portalın xidmətlərindən istifadə etmək istəyən sahibkarlar www.azexport.az internet səhifəsinə keçid edə bilərlər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.