Home » “AzFinance” istehsalat müəssisəsindəki payını satıb

“AzFinance” istehsalat müəssisəsindəki payını satıb

by yunus
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“AzFinance İnvestisiya Şirkəti” “AzeSteelCompany” ASC-dəki payını satıb.

BBN.az bu barədə investisiya şirkətinə istinadən xəbər verir. Məlumata görə, “AzFinance” bu ilin ilk yarısında istehsalat müəssisəsindəki 4,45 mln. ədəd səhmini və ya 70 faizlik payını satıb.

Qeyd edək ki, “AzeSteelCompany” 2023-cü ilin birinci yarısında 1,5 milyon manat zərər edib. Şirkət keçən il üzrə tam hesabatını açıqlamasada, yığılmış zərərin 3,9 mln. manata çatdığı bildirilib.

Şirkət 2003-cü ildə “Ekspress-C” MMC olaraq təsis edilmişdir. 2021-ci ildə “Express-C” MMC hüquqi statusunu dəyişərək Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. Şirkət 2022-ci ildə rebrendinq edərək “AzeSteelCompany” ASC adı altında fəaliyyətini davam etdirir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.