Home » Azranking.az: “Biznesə daxilolma” indikatoru üzrə məlumat bazalarının əlaqələndirilməsi müzakirə edilib

Azranking.az: “Biznesə daxilolma” indikatoru üzrə məlumat bazalarının əlaqələndirilməsi müzakirə edilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlərlə əlaqədar Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri arasında videokonfrans formatında görüş keçirilib.

Görüşdə kommersiya hüquqi şəxslərin qeydiyyat prosesini əhatə edən elektron sistemlə bağlı məsələlər müzakirə edilib. Yol Xəritəsinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin, Elm və Təhsil Nazirliyinin rəylərinin və Mərkəzi Bankın ilkin razılığını təsdiq edən sənədin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məktubunun avtomatik qaydada qeydiyyat orqanına təqdim olunması üçün elektron mübadiləni təmin edən texniki imkanın yaradılması nəzərdə tutulur.

Görüş iştirakçıları Yol Xəritəsində nəzərdə tutulan tədbirlər, elektron mübadilənin mövcud vəziyyəti, inteqrasiya imkanlarının yaradılması istiqamətində aparılan işlər, tətbiqi mümkün olan texniki həllər və digər məsələləri müzakirə ediblər.

İnteqrasiya zərurəti yaranan sənədlərin siyahısı və məlumat mübadiləsini təmin edəcək elektron sistem üçün tələb olunan texniki məsələlər barədə təkliflər səsləndirilib, məlumat bazalarının əlaqələndirilməsi üçün texniki imkanın yaradılması istiqamətində zəruri işlərin görülməsi razılaşdırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.