Home » Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə Katılım Bankaları Birliyi arasında görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə Katılım Bankaları Birliyi arasında görüş keçirilib

by yunus
0 comments 9 views 1 minutes read

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və icraçı direktoru Yunus Abdulov 17 iyun 2026-cı il tarixində Türkiyə Katılım Bankaları Birliyinin rəhbərliyi ilə görüşüblər.

Görüşdə Türkiyə Katılım Bankaları Birliyinin İdarə Heyətinin sədri Mehmet Ali Akben, baş katibi İsmail Vural, baş katibin müavini Fatma Çınar, Beynəlxalq əlaqələr üzrə assistent mütəxəssis Esmanur Çatılı və digər bank nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Türkiyənin bank sektorları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, alternativ bankçılığın inkişafı istiqamətində əməkdaşlıq imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ABA-nın prezidenti Zakir Nuriyev Azərbaycanın bank sektorunun mövcud vəziyyəti, son illərdə əldə edilmiş nailiyyətlər, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən təşəbbüslər və maliyyə sektorunda aparılan islahatlar barədə məlumat verib. O, bank sektorunda innovativ həllərin tətbiqi, maliyyə inklüzivliyinin artırılması və dayanıqlı inkişaf istiqamətində görülən işləri diqqətə çatdırıb.

Zakir Nuriyev, həmçinin ABA tərəfindən yaradılan Alternativ Bankçılıq Şurasının fəaliyyəti, qarşıya qoyulan hədəflər və alternativ bankçılığın inkişafı istiqamətində görülən işlər barədə danışıb. O, Azərbaycan bank sektorunun əməkdaşlarının alternativ bankçılıq sahəsində bilik və bacarıqlarının artırılmasına göstərilən dəstəyə görə Türkiyə Katılım Bankaları Birliyinə təşəkkürünü bildirib.

Mehmet Ali Akben öz növbəsində Türkiyə Katılım Bankaları Birliyinin fəaliyyəti və iştirak maliyyəsinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. O, Azərbaycan bank sektorunun əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə təlim, tədris, sertifikatlaşdırma və təcrübə mübadiləsi proqramları çərçivəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüş çərçivəsində tərəflər iki ölkənin bank və maliyyə institutları arasında əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviqi, eləcə də gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.