
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Rusiyaya 731,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
BBN.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % artıb.
Hesabat dövründə Azərbaycanın Türkiyəyə qeyri-neft-qaz ixracı illik müqayisədə 15 % artaraq 390,6 milyon dollar, Gürcüstana ixracı 78,8 % artaraq 328,05 milyon dollar, İsveçrəyə ixracı isə 34,8 % artaraq 251,6 milyon dollar təşkil edib.
Ümumilikdə, 2026-cı ilin ilk 7 ayında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri qeyri-monetar qızıl nəzərə alınmadan 18,3 % artaraq 2,5 milyard ABŞ dollarına çatıb.





