Home » Azərbaycanda pensiya ödənişlərinə 4,6 milyard manat yönəldilib

Azərbaycanda pensiya ödənişlərinə 4,6 milyard manat yönəldilib

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda pensiya ödənişlərinə 4 milyard 568 milyon manat vəsait ayrılıb.

BBN.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.

Qeyd edək ki, bu ildən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. Avqustun 1-nə ölkə üzrə orta aylıq pensiya məbləği illik müqayisədə 10 % artaraq 595 manata yüksəlib. Yaşa görə orta aylıq pensiyanın məbləği isə 633 manat təşkil edib.

Cari ilin ilk 7 ayında 25 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

2019-cu ilin əvvəlindən, yəni elektron pensiya təyinatına başlanıldığı vaxtdan indiyədək isə e-sistem vasitəsilə 203 min pensiya təyinatı aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.