0

2026-cı ilin iyul ayında Azərbaycanda əlilliyə görə 243,1 min nəfər pensiya, 221,5 min nəfər isə aylıq müavinət alıb.
BBN.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, hesabat ayında 91,8 min nəfərə əlilliyə görə Prezident təqaüdü də ödənilib.





