Home » Bakı Fond Birjasında listinq və ticarət qaydalarının yeni layihəsi qəbul olunmuşdur

Bakı Fond Birjasında listinq və ticarət qaydalarının yeni layihəsi qəbul olunmuşdur

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Bakı Fond Birjasında qiymətli kağızların listinqə daxil olması, listinqdə saxlanması delistinqi və ticarətinin təşkili Qaydaları”nın  (Listinq Qaydaları), o cümlədən “Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”nın (Ticarət Qaydaları) yeni layihəsi 11 mart 2020-ci il tarixində qüvvəyə minmişdir.

Listinq Qaydalarına edilən dəyişikliklər nəticəsində beynəlxalq təcrübəyə uyğun bazar seqmentlərinin formalaşdırılması və listinqə daxil edilmə proseslərinin optimallaşdırılması təmin edilmişdir. Belə ki, səhm və istiqrazların listinqi üzrə 2 seqment müəyyən edilmiş (əsas və standart bazar seqmentləri), eyni zamanda alternativ bazar seqmenti ləğv edilmişdir. Bakı Fond Birjası ilə listinq müqaviləsi olmayan və qiymətli kağızları aktiv ticarət olunmayan emitentlər delistinq edilərək listinqdən kənarlaşdırılmış və listinqdə yalnız likvid qiymətli kağızlar saxlanmışdır. Bu yanaşma gələcəkdə səhmlərlə birja indeksinin formalaşdırılmasına və səhmlərə əsaslanan törəmə maliyyə alətlərinin yaranmasına dəstək olacaqdır. Bu da öz növbəsində uzunmüddətli prespektivdə həm listinqdə olan qiymətli kağızların sayının və bazar kapitalizasiyasının artmasına, habelə real sektora maliyyələşmə imkanı təqdim edən effektiv fond birjasının formalaşmasına dəstək olacaqdır.

Listinq Qaydalarına edilən dəyişikliklər nəticəsində qiymətli kağızların Bakı Fond Birjasında listinqə daxil edilmədən ticarətinin təşkili mümkün olacaq. Bu, qeyri-listinq siyahısında olan qiymətli kağızlarla ticarətin və qapalı yerləşdirmələrin daha sürətli və sadə şəkildə təşkilinə imkan verəcək.

Bununla yanaşı, qabaqcıl fond birjalarında oxşar təcrübələr nəzərə alınmaqla Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılan qiymətli kağızların fond birjası vasitəsilə yerləşdirilməsi prosedurları sadələşdirilmişdir.

Listinq və Ticarət Qaydaları ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://bfb.az/qayda-ve-telimatlar/

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.