Home » Bank of Baku-da yeni dövr: robotlar xidmət göstərəcək

Bank of Baku-da yeni dövr: robotlar xidmət göstərəcək

by anar
0 comments 0 views 1 minutes read

Strateji hədəfləri arasında müasir texnoloji transformasiyanı ilk sıralarda saxlayan Bank of Baku maraqlı texnoloji yenilik edib.

Bank of Baku-da YENİ DÖVR BAŞLAYIB!

Belə ki, bank müştərilərə xidmət prosesində robotların dəstəyindən də faydalanacaq. Bankın “BOBOT” adlı robotu müştərilərə xidmət göstərəcək.

Robot Bank of Baku-nun məhsulları və xidmətləri haqqında məlumat verəcək, həmçinin kredit sifarişləri kimi bir çox bank xidmətlərini yerinə yetirəcək. Məqsəd müştərilərin bank işlərini daha rahat və sürətli formada həll etməsini təmin etməkdir.

Müştərilərə davamlı ağıllı və çevik həllər təqdim etmək üçün “BOBOT”un süni intellektin tətbiqi ilə daima təkmilləşdirilməsi də nəzərdə tutulub. Robot bankın filiallarında və biznes mərkəzlərində yerləşdiriləcək. Bank robotların sayını artırmağı da hədəfləyir.

Bank of Baku müştərilərə sürətli və effektiv xidmət göstərmək yolunda daima irəliləmək üçün müasir texnologiyaların bank sektoruna inteqrasiyası və xidmət prosesində istifadəsi yolundakı işlərini davam etdirir.

Məlumat üçün bildirək ki, Bank of Baku paytaxt Bakı və regionlarda olmaqla 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.