1

Azərbaycan bank sektorunun 2025-ci ilin yanvar–sentyabr ayları üzrə maliyyə nəticələri açıqlanıb. Mərkəzi Bankın məlumatına əsasən, bu dövrdə bankların xalis mənfəəti 910,7 milyon manat, əməliyyat mənfəəti isə 1 milyard 373,2 milyon manat təşkil edib.
BBN.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətdə 9,8%, əməliyyat mənfəətində isə 8,2% artım qeydə alınıb.
Hesabat dövründə banklar dövlət büdcəsinə 214,5 milyon manat həcmində mənfəət vergisi ödəyiblər ki, bu da əvvəlki illə müqayisədə 12,5% çoxdur.







