Home » Banka gəlmədən əməliyyatlarını başqasına həvalə etmək olar

Banka gəlmədən əməliyyatlarını başqasına həvalə etmək olar

by anar
0 comments 1 views 1 minutes read

ABB mobile tətbiqində yeni bir funksiya istifadəçilərə təqdim olunub. Bu, ABB müştərilərinin rahatlığı üçün yaradılmış “Həvalə et” funksiyasıdır.

Tətbiq istifadəçiləri bu funksiyadan faydalanmaqla ABB filiallarında bəzi bank əməliyyatlarını onların adından həyata keçirmək üçün başqa şəxslərə etibarnamə verə bilərlər. Bu halda müştərinin özünün filiala getməsinə ehtiyac qalmır. İstifadəçi rəsmiləşdirməni SİMA imzası vasitəsilə həyata keçirir.

Bank əməliyyatlarını başqasına həvalə etmiş müştəri tətbiqdə aktiv etibarnaməsinin detallarını görə, etibarnaməni istədiyi zaman ləğv edə bilir. Bank əməliyyatları həvalə edilmiş şəxs tətbiq istifadəçisi olduqda, ona da bu barədə bildiriş göndərilir!

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.