Beynəlxalq Enerji Agentliyinin (BEA) IV rüb ilə bağlı hesabatında qlobal neft təklifi defistinin azalacağı qeyd olunub.
BBN.az xəbər verir ki, BEA aylıq hesabatında qlobal neft təklifi kəsirinin dördüncü rübdə 30 faiz azalaraq gündəlik 900 min barrelə çatacağını bildirib.
Hesabatda “Sentyabrda neft qiymətlərini üçrəqəmli səviyyəyə çatdıran bazar artımı, sıx xam neft tədarükünün davam etməsinə və Yaxın Şərqdə münaqişənin güclənməsinə baxmayaraq, oktyabr ayında kəskin şəkildə geri çəkilib. Noyabrın əvvəlində Brent fyuçersləri bir barrel üçün 80 dollar civarında dörd ayın ən aşağı səviyyəsinə düşüb”, – deyə qeyd olunub
Hesabatda 2024-cü ilə qlobal neft tələbi artımı proqnozu gündə 930 min barrel olaraq qeyd edilib. Artımın ləngiməsinə səbəb kimi pandemiyadan sonrakı iqtisadi canlanmanın son mərhələsinin başa çatması, enerji səmərəliliyinin artırılması və elektrik avtomobil parklarının genişləndirilməsi kimi maddələr göstərilib.