Binance tərəfindən edilən yazılı açıqlamada şirkətin Rusiyadakı bütün aktivlərinin CommEX-ə satılması ilə bağlı razılığın əldə edildiyi bildirilib.
BBN.az xəbər verir ki, açıqlamada şirkətin Rusiya bazarından tamamilə çıxacağı, Rusiya istifadəçiləri üçün “rəvan proses” təmin etmək üçün çıxış prosesinin bir il çəkəcəyi bildirilib.
Açıqlamada fikirləri yer alan Binance Baş Komplayns Mütəxəssisi (CCO) Noah Perlman dedi: “Şirkətin gələcəyi üçün Rusiyada fəaliyyət göstərməyin Binance-in uyğunluq strategiyasına müvafiq olmadığını düşünürük”, – ifadəsini işlətdi.
Qərb ölkələrinin sanksiyaları səbəbindən Rusiyada son zamanlar kripto pullardan istifadə artdığı halda, Binance şirkətə qarşı sanksiya təhlükəsi səbəbindən Rusiyadakı fəaliyyətinə müxtəlif məhdudiyyətlər qoyub.