Home » Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir

by Zeyneb
0 comments 3 views 2 minutes read
Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi-nin
mühüm parçası olan aparıcı onlayn alış-veriş platforması Umico rebrendinq edərək
müştərilərinə Birmarket adı ilə xidmət göstərir. 2 milyondan çox müştərinin etibar etdiyi
Birmarket elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məhsulları, ev
əşyaları, istirahət və əyləncə də daxil olmaqla onlarla kateqoriyada minlərlə məhsul çeşidi
təklif edir.
Platforma təkcə məhsul çeşidinin zənginliyi ilə deyil, həm də təqdim etdiyi rahatlıq və
əlçatanlıqla seçilir. Müştərilər sifarişlərini ya kuryer vasitəsilə birbaşa ünvanlarında, ya
da ölkə üzrə fəaliyyət göstərən 850-dən çox “Al-apar” təhvil məntəqəsindən əldə edə
bilərlər. 24 ayadək hissə-hissə ödəmə, taksit və yerində kredit imkanları isə istifadəçilərə
arzuladıqları məhsullara asanlıqla sahib olmaq üçün sərhədsiz alış-veriş fürsəti yaradır.
Qeyd edək ki, rebrendinq çərçivəsində 1 iyul 2025-ci il tarixindən etibarən Umico mobil
tətbiqi mərhələli şəkildə Birmarket tətbiqinə çevrilir. İstifadəçilər sadəcə tətbiqi
yeniləməklə mövcud hesablar, sifarişlər və bonus proqramlarından heç bir dəyişiklik
olmadan istifadə etməyə davam edə bilərlər.
Bir ekosistem-in Baş İcraçı Direktoru Fərid Məmmədov bu inkişaf mərhələsi ilə bağlı
qeyd edib: “Ölkənin ilk onlayn alış-veriş platforması kimi Umico bizim üçün möhkəm bir
başlanğıc idi. Lakin qısa zamanda biz yalnız böyümədik, dəyişdik, inkişaf etdik və
ölkəmizin müştəri təcrübəsindəki dəyər zəncirinin əsas hissəsinə çevrildik. Umico –
indiki adı ilə Birmarket bu dəyişimin və inkişafın əsas komponentlərindəndir. Birmarket
təkcə alış-veriş platforması deyil, insanların gündəlik həyatına dəyər qatan, alış-verişi,
bonus imkanlarını və bir çox xidməti bir araya gətirən vahid bir təcrübədir”.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn
brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və
BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir,
həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor
şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə
kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən,
vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu
imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və
Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və
təhlükəsiz xidmət təqdim edir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.