Home » “Bir kəmər, bir yol 2024” Ticarət və İnvestisiya Forumunda Konfederasiya əməkdaşlıq imkanlarını müzakirə etdi

“Bir kəmər, bir yol 2024” Ticarət və İnvestisiya Forumunda Konfederasiya əməkdaşlıq imkanlarını müzakirə etdi

by ulviyya
0 comment 1 views 2 minutes read

Bu il, sentyabrın 20-də Çinin Pekin şəhərində Çin Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə “Birgə dayanıqlı gələcək üçün yüksək keyfiyyətli inkişaf” mövzusunda “Bir kəmər, bir yol 2024” Ticarət və İnvestisiya Forumu keçirilib. Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin baş məsləhətçisi Fəzail Musayev və Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf departamentinin baş mütəxəssisi Afət Məmmədova iştirak ediblər.

Foruma 66 ölkə və regiondan 500-dən çox hökumət, müəssisə və biznes birliklərinin nümayəndəsi qatılıblar.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Beynəlxalq Ticarət Palatasının vitse-prezidenti Yu Cianlon bildirib ki, hazırda elmi və texnoloji inqilabın və sənaye transformasiyasının yeni mərhələsi inkişaf edir, “Bir kəmər, bir yol”un sabit və uzunmüddətli inkişafına dəstək tədbirləri həyata keçirilir.

Çinin Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadiyyat Departamentinin direktor müavini Quo Suecun ölkəsinin daha sıx tərəfdaşlıq, yaşıl İpək Yolunun idarə olunması, rəqəmsal İpək Yolunun gücləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı və qazan-qazan praqmatik əməkdaşlığını gücləndirməyə, ticarət və investisiyaların liberallaşdırılması və asanlaşdırılmasının təşviqinə hazırdır.

İran-Çin Ticarət və Sənaye Palatasının sədri Məcidrza Həriri bildirib ki, “Bir kəmər, bir yol” təşəbbüsü müsbət nəticələr də əldə edərək, yeni iş imkanları yaradıb, infrastrukturu yaxşılaşdırıb və xüsusilə inkişaf etməkdə olan ölkələrin ümumi inkişafına dəstək olub.

Tədbirin 2-ci hissəsi dayanıqlı məhsulların istehsalı, dayanıqlı inkişafın təşviqində beynəlxalq əməkdaşlıq və s. mövzularda panel müzakirələri ilə davam edib.

Səfər çərçivəsində ASK nümayəndə heyəti ilə Çin Beynəlxalq Ticarət Palatasının Baş katibi Sun Siao və palatanın digər əməkdaşları perspektiv əməkdaşlıq sahələri barədə geniş müzakirələr aparıblar.

21-22 sentyabr tarixlərində ASK nümayəndə heyəti Quandon əyalətinin bir çox nəhəng şirkətləri ilə görüşlər keçirib. Quancou şəhərinin Nanşa vilayətində yerləşən reabilitasiya və tibbi avadanlıqlar üzrə Çində məşhur şirkətlərdən “Quancou Yikan Tibbi Avadanlıqlar Sənaye” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin ağıllı təhlükəsizlik həlləri istehsal və satışını həyata keçirən “Quandon Be-Tech Təhlükəsizlik Sistemi”, “Bonsa Ticarət” tekstil və “Quancou Fenşen İnsan Resursları Xidməti” şirkətlərinin məhsulları və xidmətlərinə dair təqdimatları dinləyiblər.

Eləcə də Çinin “Bir kəmər, bir yol” Mədəniyyəti və Ticarətin Təşviqi Assosiasiyasının sədri Li Çi ilə Konfederasiyanın nümayəndə heyəti arasında keçirilən görüş də əməkdaşlıq imkanlarının müzakirəsi baxımından məhsuldar olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.