Home » Birbank Biznes qadın sahibkarlar üçün “She’s Next” biznes kartını təqdim edib

Birbank Biznes qadın sahibkarlar üçün “She’s Next” biznes kartını təqdim edib

by Zeyneb
0 comments 16 views 1 minutes read

Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək məqsədilə Birbank Biznes tərəfindən eksklüziv “She’s Next” biznes kartı istifadəyə verilib. Kart həm hüquqi şəxslər, həm də fərdi sahibkar statusuna malik xanımlar üçün nəzərdə tutulub.

“She’s Next” biznes kartı sahibkar qadınlara manat, dollar və avro valyutalarında sərbəst istifadə imkanı yaradır. Kart istifadəçiləri əlavə hədiyyələr və bonuslarla zəngin imtiyazlardan da faydalana bilirlər.

Bundan əlavə, POS ödənişləri və bankomatdan nağd vəsait çıxarışı üzrə aylıq dövriyyə limitlərini keçən istifadəçilərə müəyyən məkanlarda istifadə oluna biləcək kuponlar təqdim olunur.

“She’s Next” kartını əldə etmək istəyən sahibkar xanımlar Birbank Biznes-in rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə onlayn sifariş verə bilərlər.

Qeyd edək ki, Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq sahibkarlara innovativ və rahat məhsullar təqdim edir, həmçinin canlı çat xidməti vasitəsilə 24/7 dəstək göstərir.

Kart haqqında ətraflı məlumat üçün: https://birbank.business/

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.