Home » Birinci rübdə smartfon satışları kəskin azalıb

Birinci rübdə smartfon satışları kəskin azalıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Canalys” araşdırma şirkətinin tərtib etdiyi hesabata, istinadən Rusiya-Ukrayna münaqişələri, Çində koronavirus səbəbindən tətbiq edilən yeni məhdudiyyətlər və yarımkeçirici istehsalında azalmalar nəticəsində smartfon tədarükü 11% azalıb.

Cənubi Koreya mərkəzli “Samsung” ötən rübdə 19% və ötən ilin birinci rübündə isə 22% payla birinci idi. İlin sonuna yaxın iPhone-ların təqdimatı Apple-ın dördüncü rübdə yüksəlməsinə səbəb olsa da, Samsung Galaxy S22 flaqmanlarının güclü satışı və Galaxy A seriyasına ciddi tələbat nəticəsində 24% payla “Samsung” birinciliyini qoruyub. “ Apple” 18% pay ilə yenədə ikinci yerdədir.

Bazar payı 13% olan “Xiaomi” üçüncü yerdədir, bu da ötən il ilə müqayisədə 1% aşağıdır. Satışlarda nisbətən güclü performans məşhur Redmi Note seriyasına aiddir.

Filippin mərkəzli “Oppo” ötən il 11% pay ilə, cari rübdə isə 1% azalaraq 10%-lə yenə də dördüncü yerdədir.

 “Vivo” keçən ilin birinci rübündə 10% səviyyəsində qərarlaşmasına baxmayaraq, hazırda 8% səviyyəsində yer alıb.Digər smartfonlar isə ötən ilə baxanda 1% azalaraq 27% olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.