Home » “Bizdən biznesə” startap müsabiqəsi keçirilir

“Bizdən biznesə” startap müsabiqəsi keçirilir

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Layihənin məqsədi innovasiyaları stimullaşdırmaq, yeni bizneslərə imkanlar yaratmaq, startapların biznes ideyalarını reallaşdırmasına dəstək olmaqdır.

Startaplara dəstək məqsədilə yeni layihəyə – “Bizdən biznesə” startap müsabiqəsinə start verilib. Dövlət-özəl əməkdaşlığı çərçivəsində “AccessBank” QSC tərəfindən həyata keçiriləcək layihənin tərəfdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA).

Layihənin məqsədi innovasiyaları stimullaşdırmaq, yeni bizneslərə imkanlar yaratmaq, startapların biznes ideyalarını reallaşdırmasına dəstək olmaq, KOB-lara mentorluq və maliyyə dəstəyinin göstərilməsi, davamlı inkişaf və cəmiyyətə müsbət təsir potensialı olan perspektivli biznes konsepsiyaların araşdırılması və uğurlu sahibkar şəbəkəsinin formalaşdırılmasına töhfə verməkdir. Layihədə sahibkarlar və startaplar iştirak edə bilərlər. Artıq müraciətlərin qəbuluna başlanılıb. Münsiflər Heyəti tərəfindən seçiləcək qaliblərin layihələrinin icrası üçün maliyyə vəsaiti ayrılacaqdır. Layihə haqqında daha ətraflı: “Bizdən Biznesə”

“Bizdən biznesə” layihəsinin dəstəklənməsi məqsədilə “Bakı KOB evi”ndə KOBİA və “AccessBank” QSC arasında Anlaşma Memorandumu imzalanıb, layihə ilə bağlı təqdimat keçirilib.

“KOBİA sahibkarlıq ekosisteminin iştirakçısı olaraq yeni bizneslərin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, startapların innovativ layihələrinin rellaşdırılması istiqamətində müxtəlif dəstək və xidmətlər göstərir. Bu sahədə dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin icra olunması da əhəmiyyətlidir və KOBİA özəl sektorun bu cür təşəbbüslərini dəstəkləyir” – deyə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib.

“Bank olaraq Azərbaycanda yeni biznes ideyaları və startapları dəstəkləməkdən, onların real sahibkarlıq mühitinə inteqrasiyasında iştirakdan məmnunuq. “Bizdən biznesə” layihəsi yeni biznesə başlayanların maliyyə resursuna çıxış məsələsinə öz töhfəsini verəcəkdir” – deyə “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.