Home » Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun iclası keçirilib

by anar
0 comments 2 views 1 minutes read

Dekabrın 25-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun 2024-cü il üzrə Yol Xəritəsinin hesabatının müzakirəsinə həsr olunmuş iclası keçirilib. İclas Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair hesabatın müzakirəsi məqsədilə keçirilib.

İclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək qarşıda duran əsas hədəflər barədə məlumat verib. Qeyd olunub ki, “Bazar rəqabəti” indikatoru rəqabət, dövlət satınalmaları və innovasiya sahələrini əhatə etməklə, müvafiq istiqamətlərdə inkişaf səviyyəsi və biznes mühitinin əlverişliliyinin qiymətləndirilməsini nəzərdə tutur.

Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun rəhbəri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev  2024-cü il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlər və onların icra vəziyyəti barədə təqdimatla çıxış edib. Dövlət müəssisələrinin rəqabət qurumu tərəfindən qiymətləndirilməsi, rəqabət orqanı ilə əməkdaşlıq edən təşkilatlara güzəşt proqramlarının tətbiqi və birləşmələrə çoxfazalı nəzarət mexanizmləri ilə bağlı alt komponentlərin tələblərinin təmin edilməsi məqsədilə Rəqabət Məcəlləsinə dəyişiklik edilməsinə dair təkliflərin hazırlanmasının zəruriliyi vurğulanıb. Bundan əlavə, “Dövlət satınalmaları haqqında” Qanunun və Rəqabət Məcəlləsinin tətbiqinin biznes mühitinin inkişafına təsirləri diqqətə çatdırılıb.

İclasın yekununda 2025-ci il üzrə Yol Xəritəsinin tərtib edilməsi məqsədilə hazırlanmış diaqnostika sənədi təqdim olunub və bu sahədə iclas iştirakçılarının və İşçi qrupun üzvlərinin təklifləri səsləndirilib. Növbəti il ərzində icrası planlaşdırılan Yol Xəritəsinin ekspert sorğularına verilən cavablar əsasında formalaşdırılması istiqamətində müzakirələr aparılıb və İşçi qrupun üzvləri tərəfindən səsləndirilən suallar cavablandırılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.