

14 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Boa Agency” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti listinqə daxil edilmişdir.
Bildirmək istərdik ki, “Boa Agency” ASC-nin “Bakı Fond Birjasi” QSC-də “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.5-ci bəndinin tələblərinə uyğun olaraq, özünün nizamnamə kapitalını növbəti 6 ay ərzində ən azı 200.000 (iki yüz min) manata çatdırılmasını üzərinə götürür.
Qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 15 mart 2024-cü il tarixində “Boa Agency” ASC-nin səhmləri üzrə abunə yazılışına başlanılmış və 3 (üç) iş günü müddətində davam edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | Səhmlərin növü və forması | Səhmlərin sayı | Nominal Dəyəri | Yerləşdirmə forması | Anderrayter
|
AZ1001025407 | Adi adlı sənədsiz səhm | 110 000 (ədəd) | 1 manat | Abunə yazılışı üsulu | “Unicapital İ.Ş” ASC |