Home » Bolqarıstan 2025-ci ildə avroya keçməyə hazırlaşır

Bolqarıstan 2025-ci ildə avroya keçməyə hazırlaşır

by yunus
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva “Tarixlə bağlı dəqiq bir şey deyə bilmərəm, düşünürəm ki, önəmli olan Bolqarıstanın 2025-ci ildə Avrozonada olmasıdır və bu, real hədəfdir”, – deyə Bolqarıstan mətbuatına açıqlama verib.

BBN.az bu barədə Blumberg Türkiyə-yə istinadən xəbər verir.

Avroya keçidin ölkə üçün “vacib və strateji prioritet” olduğunu bildiyini ifadə edən Georgieva, “Bu yolla Bolqarıstan iqtisadiyyatının rəqabət qabiliyyətini artıra, ticarət və maliyyə sahəsində əməliyyat xərclərini azalda bilərik. Bolqarıstanın iqtisadiyyatın bəzi sektorları üçün cəlbediciliyini və ölkəyə investisiya axınını daha cəlbedici edir”, – ifadəsini işlədib.

BVF prezidenti Georgiyeva Bolqarıstanda bu il iqtisadi artımın təxminən 2,7 faiz olacağını və ilin sonuna qədər inflyasiyanın 4 faizdən aşağı düşəcəyini gözlədiyini bildirib.

Bolqarıstan Milli Statistika İnstitutunun məlumatına görə 2023-cü ildə ölkədə illik inflyasiya 9,5 faiz, 2024-cü ilin yanvarında isə inflyasiya 3,8 faiz təşkil edib.

Fevral ayında qəbul edilən Mərkəzi Bank Qanununda Bolqarıstan Parlamenti ölkə pul vahidi ilə levadan avroya keçid prosesində görüləcək işləri müəyyən edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.