Home » Boris Conson istefa verdi – Nə gözlənilir?

Boris Conson istefa verdi – Nə gözlənilir?

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

İyulun 7-də Britaniyanın Baş naziri Boris Conson rəhbərlik etdiyi nazirlərin və Mühafizəkarlar Partiyası üzvlərinin dəstəyini səs çoxluğu ilə (50-dan çox-red.) itirdikdən sonra istefa vermək qərarına gəlmişdir. Amma Londondakı Dauninq-strit, 10 ünvanındakı ofisində qalmağa və Baş nazir kimi səlahiyyətlərini yeni Baş nazir seçilənə qədər davam etdirəcəyi qərarına gəlinmişdir.

Amerikanın Donald Trampı olacağı hesab edilən Boris Conson hazırda yaşadığı mənzil qərargahı qarşısında istefa ilə bağlı ictimaiyyət qarşısında birbaşa bağlantı vasitəsilə qısa məruzə ilə çıxış etmişdir və deyirdi: “2019-cu ildə Mühafizəkarlar Partiyası 1987-ci ildən bəri ən çox səsi toplamışdır və buna görə təşəkkürümü bildirirəm, 1917-ci ildən bəri isə bu digər partiyalara nisbətdə ən böyük rəqəm idi”. O, çıxışı çərçivəsində nazir postunda olduğu zaman gördüyü işlər (pandemiya çərçivəsində vaksinasiya prosesinin idarə edilməsi, Ukrayna müharibəsi, çətin iqtisadi dövrdən keçən biznes subyektləri üçün verginin azaldılması, əhaliyə birdəfəlik maliyyə yardımının edilməsi və s.) haqqında bəhs etmişdir. Baş nazir Ukrayna xalqına səslənərək bildirib ki, “Böyük Britaniya Putin aqressiyasına qarşı yenə də onlara dəstəyini verəcək”. Çıxışının sonuna əlavə edib ki, “bəzən işlər qaranlıq kimi görünsə də, gələcək birlikdə parlaq olacaq”.  Amerikanın media kompaniyası NBC News-un jurnalisti Boris Consonun çıxışını dinləmək və Britaniyada baş verən prosesləri analiz etmək üçün Londonda idi və o deyir: “Boris Consonun tərzinə uyğun olaraq o, istefa səbəbi haqqında bir qeyd etmədi”.    

The Economist jurnalının araşdırmaçısı Baş nazirdən sonra Böyük Britaniyanı gözləyən proseslər haqqında danışıb. Ö, ümumilikdə 5 məsələdən bəhs edib, Baş nazirin istefası, yeni Baş nazirin seçilməsi və ehtimal olunan potensial namizədlər, Ukrayna-Rusiya müharibəsi, Brexit, İngiltərənin iqtisadi vəziyyəti, nəhayət Baş nazirin təzyiq olunaraq işdən ayrılmasının ölkənin beynəlxalq arenada nüfuzuna gətirə biləcəyi xələldən danışıb. Başlayaq Baş nazirin istefa səbəblərinin görünməyən səbəblərindən, Britaniya mediası aktiv şəkildə istefadan öncə belə onun ölkənin Baş naziri kimi fəaliyyətinin davam etdirməsini Britaniya üçün az qala “üz qarası” olaraq qiymətləndirirdilər. Həmçinin ITV media prodakşına məxsus olan “Good Morning Britain” səhər verilişinin jurnalistləri davamlı olaraq nazirləri çağırır və onlardan Boris Consonun baş nazir olmağa layiqdirmi? sualını verirdilər. Bu gün isə həmin nazirlər aktiv şəkildə onu tənqid edir və deyirlər ki, o heç vaxt Baş nazir postuna layiq deyildi. Baş nazir 2020-ci ildə pandemiya zamanı özünün hazırladığı qapanma ilə bağlı qaydaları pozmuş, parti təşkil etmişdir, daha sonra isə Metropolitan Polisi onu günahkar görmüş və cərimələmişdi. Boris Conson isə etdiyi səhvə görə üzr istəmişdi. İstər medianın, istərsə də yeri əhalinin qəzəbi ona görə idi ki, əhali koronavirusdan vəfat edən yaxınlarını görə bilmirdi. Yaxın günlərdə isə daha bir qalmaqal ölkənin TOP mencerlərindən biri olan Chris Pincher-in həmkarlarına qarşı etdiyi sexsual hərəkətlərin mediaya sızması olmuşdu. Media yenə də bu məsələdə Boris Consonu günahlandırmış və ölkəni xarici bir arenada təqdim edən TOP menecerin belə hərəkətinin qəbul edilməz olduğunu deyirdilər. The Economistin jurnalisti əlavə edir ki, payız aylarında ölkədə inflyasiya 11%-ə yüksələcək və bu onsuz da qaz və neftin qiymətlərinin artması fonunda ölkə əhalisi üçün yeni bir çətinlik deməkdir. Jurnalist əlavə edir ki, onun həmkarlar ilə sağollaşmadan Partiya liderliyindən belə şəkildə istefası ölkə üçün utancdır. Qeyd etmək yerinə düşər ki, Bloomberg bildirir ki, potensial namizədlər arasında 8 nəfər vardır. TOP 1-ə isə ölkənin, Böyük Britaniya parlamentinin üzvi, ölkənin xarici məsələlər üzrə katibi 55 yaşlı Jeremy Hunt-dır. Ən maraqlı suallardan biri isə Consonun siyasi karyerasının nə olacağı ilə bağlıdır?, Qərb mətbuatı deyir ki, ABŞ-ın prezidenti 79 yaşı olsa da ölkəni idarə etməkdədir, yaş bu məsələdə prioritet deyil.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.