0
2023-cü ilin yanvar ayında Böyük Britaniyada illik inflyasiya 2022-ci ilin dekabrında qeydə alınan 10.5%-dən 10.1%-ə enib.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, baxmayaraq ki, inflyasiya enib ölkədə ərzağın qiymətləri son 45 ilin ən yüksək səviyyəsində qalmağa davam edir. Belə ki, yanvarda Böyük Britaniyada ərzaq inflyasiyası 16.7% olub və dekabrdakı 16.8%-dən enib.
Qeyd edək ki, 10.1%-lik inflyasiya göstəricisi yenə də “Bank of England”ın 2%-lik hədəfindən uzaqdır.