
“BQ” ASC 2025-ci ili 522 min manat xalis mənfəətlə başa vurub.
Bu, 2024-cü illə müqayisədə 52,2 % çoxdur.
Maliyyə hesabatına əsasən, ötən il şirkətin vergiyəqədərki mənfəəti 644 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 42,2 % artım deməkdir. Mənfəət vergisi üzrə ödənişlər isə 11,9 % artaraq 122 min manata çatıb.
2026-cı il yanvarın 1-nə “BQ” ASC-nin aktivləri illik müqayisədə 37 % artaraq 6,888 milyon manata yüksəlib. Eyni dövrdə şirkətin öhdəlikləri 27,5 % artaraq 6,204 milyon manat, nizamnamə kapitalı isə 4,2 dəfə artaraq 684 min manat olub.
Xatırladaq ki, “BQ” ASC 2016-cı ildə yaradılıb. Şirkətin yeganə səhmdarı Fərman Quliyevdir. O, atası Eldar Quliyevlə birlikdə “Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarıdır.




