Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 1.71 dollar, yaxud 2.25% artaraq 77.60 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.32 dollar, yaxud 0.39% azalaraq 82.00 dollara satılır. Təbii qazın qiymətləri isə 0.02 dollar, yaxud 0.62% yüksələrək 2.90 dollara ticarət edilir.
Qeyd edək ki, OPEC+-dən bildirilib ki, tələb artdığından dolayı neftin qiymətləri yüksək qalmağa davam edəcək.