Home » Böyük Britaniya Orta Dəhliz layihəsinin həyata keçirilməsini dəstəkləməyə hazırdır

Böyük Britaniya Orta Dəhliz layihəsinin həyata keçirilməsini dəstəkləməyə hazırdır

by yunus
0 comments 0 views 1 minutes read

Böyük Britaniya davamlı infrastrukturun yaradılması, Britaniya təcrübəsinin tətbiqi, investisiyaların cəlb edilməsi və maliyyələşdirmə vasitəsilə Orta Dəhliz layihəsinin reallaşdırılmasına dəstək verməyə hazırdır.

BBN.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dankan Norman mətbuat konfransında bildirib.

Səfirin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dialoq və davamlı qarşılıqlı əlaqə əsasında sülh istiqamətində atılan addımlar region üçün yeni iqtisadi imkanlar yarada bilər.

Norman sərhədlərin delimitasiyası, Azərbaycanın Ermənistana elektrik enerjisi tədarükü və transsərhəd “Sülh körpüsü” təşəbbüsü kimi praktiki addımları müsbət qiymətləndirib.

Onun fikrincə, nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin açılması Azərbaycan-Ermənistan sülhünün regiona daha çox rifah və təhlükəsizlik gətirməsinə imkan verə bilər.

Səfir həmçinin Böyük Britaniya ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərinin və əməkdaşlığın geniş olduğunu vurğulayaraq, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsində maraqlı olduğunu bildirib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.