Home » Bu il Laçın və Füzulidə də “Smart DOST” məntəqələri yaradılacaq

Bu il Laçın və Füzulidə də “Smart DOST” məntəqələri yaradılacaq

by anar
0 rəy 0 baxış 0 dəqiqə oxuma

İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri çərçivəsində bu il Laçın və Füzuli şəhərlərində də “Smart DOST” məntəqələri yaradılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə hazırlıq işləri aparılır.

Bundan əvvəl 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi açılıb.

“Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana bilir.

Məntəqəyə daxil olub müraciət edən vətəndaşa xidmət onlayn qəbul sistemi  vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçirilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.