Home » Bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsi üzrə göstəricilər

Bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsi üzrə göstəricilər

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 24,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ildə dövlət əmlakının icarəyə verilməsi sahəsində əldə edilən nəticələr uğurludur. 2023-cü ilin 9 ayı ərzində ərzində qeyri-yaşayış sahəsinə dair 623 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Eyni zamanda cari ilin yanvar-sentyabr aylarında 1880 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 19,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2023-cü ilin 9 ayı ərzində 2503 yeni icarə müqaviləsi bağlanılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,4 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.