Home » Bu metalın qiymətində rekord artım qeydə alınıb

Bu metalın qiymətində rekord artım qeydə alınıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

6 sentyabr tarixində Honk Konq birjasında keçirilən əməliyyatlarda alüminium metalının qiymətlərində kəskin artım qeydə alınıb. Belə ki, bir ton alüminiumun qiyməti 2761 dollar məbləğində qərarlaşıb. Bu isə, son on ilin ən yüksək göstəricisidir.

İlkin olaraq, rekord artımın əsas səbəbi kimi, Qvineyada dünən baş verən çevriliş göstərilir. Belə ki, paytaxt Konakridə yerləşən prezident sarayında baş verən silahlı qarşıdurma sonrası ordunun çevriliş etdiyi və hazırki hökumətin fəaliyyətinin dayandırıldığı bildirilir. Qeyd edək ki, alüminiumun alınmasında boksitdən istifadə olunur və hazırda Qvineya Respublikası dünyanın 20%-dən çox boksit ehtiyatına sahibdir.

Qvineyada boksit hasilatı və alüminium istehsalını bütövlükdə əlində cəmləşdirən Moskva mərkəzli “Rusal” şirkətinin də səhmlərində rekord artım qeydə alınıb. Şirkətin səhm dəyəri 14% artaraq 2012-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəsinə çatıb. 2015-ci ildə Çinin “Hongqiao” holdinqi tərəfindən satın alınan “Rusal”  şirkəti Qvineyada 2001-ci ildən hasilata başlayıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.