Home » Cari ilin birinci rübündə respublikanın maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb

Cari ilin birinci rübündə respublikanın maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Dünya bazarında neftin qiymətinin yüksək olması Azərbaycanın valyuta gəlirlərinin artmasında necə əks olunur?

Mövzunu şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, 2022-ci ilin birinci rübündə maliyyə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

İlin ilk rübündən dövlət büdcəsinin mədaxili 7 milyard manat təşkil edib ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 1,2 milyard manat və ya 22,2 faiz çoxdur: “Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2,8 milyard manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 530 milyon manat və ya 23,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 716,5 milyon manat və ya 34,4 faiz çoxdur. Həmin vəsaitin 80,1 faizi və ya 2,2 milyard manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Dövlət Gömrük Komitəsinin xətti ilə isə dövlət büdcəsinə 1,2 milyard manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 236 milyon manat və ya 23,7 faiz çoxdur. 2022-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5 milyard 688 milyon manat proqnoza qarşı 5 milyard 629 milyon manat və ya 99 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 105,8 milyon manat və ya 1,9 faiz çoxdur”.

A.Hüseynov büdcədə cari və əsaslı xərclərin maliyyələşdirilməsinin tam şəkildə icra edildiyini vurğulayıb.

Qeyd olunub ki, sosialyönümlü xərclər 2 milyard 774 milyon manat məbləğində icra olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və ya 4,6 faiz çoxdur.

“Beləliklə, büdcədə 1,4 milyard manata yaxın büdcə artıqlığı (profisit) yaranıb. Bu isə büdcə-maliyyə imkanlarımızın artdığını göstərir. Həmin vəsaitlər isə ilk növbədə sosial sahələrə əlavə dəstək tədbirlərinə yönəldilir. Hazırda dövlət əhalinin sosial müdafiəsinə xüsusi diqqət yetirir və zəruri ehtiyaclar yaranacağı halda büdcədə sosial xərclərin artırılması mümkündür”, – deyə Milli Məclisin deputatı bildirib.

azərtac

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.