
“ChatGPT”nin həftəlik istifadəçi sayı 800 milyona yüksəlib
BBN.az xəbər verir ki, süni intellekt nəhəngi OpenAI-ın baş direktoru Sam Altman “ChatGPT” platformasının həftəlik aktiv istifadəçi sayısının 800 milyona çatdığını açıqlayıb.
Altman bu məlumatı OpenAI DevDay tədbirinin açılış çıxışında səsləndirib. O, həmçinin təqdimat zamanı “ChatGPT” daxilində tətbiqlər yaratmaq və daha mürəkkəb vasitə sistemləri qurmaq üçün nəzərdə tutulan yeni alətlərin təqdim olunduğunu bildirib.
Sam Altman çıxışında vurğulayıb ki,“ChatGPT-nin həftəlik aktiv istifadəçi sayı 800 milyona çatıb. Bu, platformanın istehlakçılar, tərtibatçılar, şirkətlər və hətta hökumətlər arasında qəbul səviyyəsinin sürətlə artdığını göstərir.”
“ChatGPT”nin bu təsirli artımı, OpenAI-ın daha çox süni intellekt çipi əldə etməyə və ən genişmiqyaslı AI infrastrukturunu qurmağa çalışdığı bir dövrə təsadüf edir.







