

ABŞ-ın ticarət naziri Hovard Lutnik iki ölkə arasında ticarət sazişi əldə olunsa belə, Çindən idxal edilən məhsullara tətbiq olunan 55%-lik gömrük rüsumunun qüvvədə qalacağını bildirib.
BBN.az xəbər verir ki, həm sabiq prezident Donald Tramp, həm də Çin lideri Si Tszinpin tərəfindən imzalanması gözlənilən ticarət razılaşması Çinin nadir torpaq elementləri və digər strateji sənaye materiallarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur.
Lutnik eyni zamanda qeyd edib ki, Çin ABŞ-la daha geniş iqtisadi əməkdaşlıq yollarını araşdırmaq barədə razılığa gəlib və digər ölkələrlə ticarət sazişlərinin gələn həftənin əvvəlində elan olunacağı gözlənilir.