Home » Çin ABŞ şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Çin ABŞ şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

by yunus
0 comments 0 views 1 minutes read

Çinin Maliyyə Nazirliyi 46 ABŞ şirkətinin dövlət satınalmaları və açıq tenderlərdə iştirakının məhdudlaşdırıldığını açıqlayıb.

BBN.az xəbər verir ki, qərara əsasən, Çinin dövlət satınalma qurumlarına ABŞ-ın müdafiə sənayesi nəhəngləri olan Lockheed Martin Corp, Raytheon Missiles & Defense, General Atomics Aeronautical Systems, Boeing Defence, Space & Security, General Dynamics Land Systems, eləcə də Lockheed Martin və Raytheon şirkətlərinin birgə müəssisəsi olan Javelin Joint Venture-dən məhsul almaq qadağan edilib.

Bununla yanaşı, Çin Ticarət Nazirliyi daha 10 ABŞ şirkətinə ixrac qadağası tətbiq olunduğunu bildirib. Siyahıya nadir torpaq elementləri və maqnit istehsalçıları MP Materials və USA Rare Earth, mühərrik və elektron enerji sistemləri istehsalçısı Aveox, dron və robot texnologiyaları sahəsində fəaliyyət göstərən Red Cat, Teal Drones, Jaia Robotics, həmçinin kosmik və müdafiə sənayesi komponentləri istehsalçısı Ball Aerospace & Technologies və onların törəmə şirkətləri daxil edilib.

Rəsmi Pekin bildirib ki, bu addım Çinin milli təhlükəsizliyini və maraqlarını qorumaq, silahların yayılmasının qarşısını almaq və beynəlxalq öhdəliklərini yerinə yetirmək məqsədi daşıyır.

Qeyd olunub ki, qərar ABŞ hökumətinin bir sıra Çin şirkətlərini “Çin hərbi şirkətləri” siyahısına daxil etməsinə cavab xarakteri daşıyır. Xatırladaq ki, iyunun 9-da ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çin ordusu ilə əlaqəli olduğu iddia edilən şirkətlərin siyahısını genişləndirərək, texnologiya nəhəngi Alibaba və elektrik avtomobilləri istehsalçısı BYD-ni də həmin siyahıya əlavə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.