Home » Çin iqtisadiyyatının niyə çətin vəziyyətdə olduğunu göstərən 5 səbəb

Çin iqtisadiyyatının niyə çətin vəziyyətdə olduğunu göstərən 5 səbəb

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

Çinin iyul-sentyabr aylarını əhatə edən rəsmi rüblük inkişaf göstəriciləri tezliklə açıqlanacaq. Əgər dünyanın ən böyük ikinci iqtisadiyyatı kiçilmə nümayiş etdirəcəksə, bu qlobal tənəzzül şansını artıracaq. Rəsmi Pekinin illik inkişaf göstəriciləri ilə bağlı hədəfi isə 5.5%-dir, ancaq bu il bir çox iqtisadçılar inkişaf gözləmirlər. 

BBC Businessin hazırladığı məqaləyə, əsasən Çin Böyük Britaniya və ABŞ kimi inflyasiyanı aşağı salmaq istiqamətində mübarizə aparmır. Həmçinin Çinin bir çox böyük iqtisadiyyatı olan ölkələr ilə, məsələn, ABŞ kimi ticarət problemi inkişafa mane olur. Ölkənin pul vahidi yuan isə son onilliklər ərzində ilk dəfə dollar qarşısında ən pis ilini yaşayıb.

  • “Sıfır Covid” strategiyasının tətbiq edilməsi

Çinin bir sıra şəhərlərində, məsələn, Shenzhen, Tianjin kimi sənaye hablarında “Sıfır Covid” strategiyasının tətbiq edilməsi iqtisadi aktivliyin azalmasına səbəb olub. İnsanlar da, həmçinin, ərzaq, içki, riteyl, turizm sahələrinə pul xərcləmirlər bu isə bir çox xidmətləri təzyiq altında saxlayır. 

  • Rəsmi Pekin kifayət qədər iş görmür

Pekin avqustda addımlar atmağa başlayıb və kiçik biznes, infrastruktur və daşınmaz əmlak sahəsinə dəstək üçün 1 trilyon yuan, 203 milyard dollar, 180 milyard funt sterlinq ayırmağa qərara alıb. Lakin rəsmilər iqtisadi inkişafı artırmaq və iş yerləri yaratmaq üçün daha çox iş görə bilərdi. 

  • Çinin daşınmaz əmlak bazarı böhran içindədir

Daşınmaz əmlak sektorunda zəif aktivlik və sektor üzrə neqativ fikirlər şübhəsiz ki inkişafı zəiflədir. İqtisadçılara görə, əgər mənzil bazarı zəifdirsə, bu insanları ümumi iqtisadi situasiya ilə bağlı qeyri-müəyyənlikdə saxlayır. Mənzil alıcıları, bitməmiş tikililərə görə ipoteka kreditləri ödəmək istəmir, bəziləri isə şübhə edir ki, belə tikililər heç vaxt tamamlanmayacaq. Rəsmi Pekinin səylərinə baxmayaraq bir çox əsas şəhərlərdə mənzil qiymətləri 20%-dən çox enib.

  • İqlim dəyişikliyi vəziyyəti daha pis edir

Ekstrim hava şəraiti Çinin iqtisadiyyatına təsir edir. Məsələn, avqustda müşahidə edilən isti hava şəraiti Sichuan əyalətinin cənub-qərbinə və Chongqing şəhərinə təsir edib, ardınca isə quraqlıq başlayıb. Həmin dövrdə əhalinin kondisionerlərdən istifadəsi rekorda çatıb, bu isə elektrik cərəyanlarına təzyiqi artırıb. Nəticədə, bir çox şirkətlər iPhone, Foxconn, Tesla iş saatlarını azaltdılar və yaxud zavodlarını burada müvəqqəti bağladılar. Çinin Statistikalar Komitəsinin açıqladığı məlumata, əsasən təkcə avqustda, 2022-ci ilin ilk 7 ayını 2021-ci ilin eyni dövrü ilə müqayisə etdikdə, təkcə dəmir və polad sənayesindən gəlirlər 80%-dən çox azalıb.

  • Çinin texnologiya nəhəngləri investorları itirir

Tencent, Alibaba kimi texnologiya şirkətləri sonuncu rüb ərzində gəlirlərində azalmanı qeyd ediblər. Məsələn, Tencent-in gəlirləri 50%-dən çox enib, Alibaba-nın xalis gəlirləri isə yarıya qədər azalıb.

On minlərlə gənc işçilər işlərini itirdilər. İşini itirən insanların 1/5-nin yaş qrupu isə 16-24 olub. Bu isə uzunmüddətli dövrdə Çinin məhsuldarlığına və inkişafına zərbə vurur. Yerli investorlar dəstək gözləyir, xaricilər isə sərmayələrini buradan çəkirlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.