Home » Çinin iqtisadiyyatı “0 Covid” siyasətinə görə zəifləyir

Çinin iqtisadiyyatı “0 Covid” siyasətinə görə zəifləyir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dünyanın ən böyük təchizatçısı Çinin iqtisadiyyatı 2022-ci ilin ikinci rübündə genişyayılmış koronavirus qapanmalarına görə azalıb və bu ölkədəki biznesə və müştərilərə təsir edib.  

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Ümumi Daxili Məhsul (ÜDM) birinci rüb ilə müqayisədə iyunun sonunda başa çatan ikinci rübdə 2.6% azalıb.  

Ölkənin ən böyük şəhərlərində, məsələn, maliyyə və istehsal mərkəzi olan Şanxayda bu müddət ərzində tam yaxud bəzi əraziləri əhatə edən qapanma olmuşdur. 

Ekspertlər isə deyirlər ki, bu vəziyyət ölkənin “0-Covid” siyasətini hələ də davam etdirməsi ilə bağlıdır. Bildirək ki, bu siyasətin əsas məqsədi adından da göründüyü kimi ölkədə Covid-ə yoluxma hallarını 0-da saxlamaqdır. Amma bəzi ölkələrdə isə rəsmilər deyirlər ki, onlar Çindən fərqli olaraq koronavirus ilə yaşamağı öyrənməlidirlər. İllik əsasda, dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çində aprel-iyun aylarını əhatə edən ikinci rübdə iqtisadiyyatın inkişafı 0,4% olub ki, gözləntilər isə 1% idi.  

Oksford Universitetinin aparıcı iqtisadçısı BBC-yə deyib ki, “ikinci übdə ÜDM-nin nəticələri pandemiya başlayandan bəri ən pisi olub, qapanmalar, xüsuilə Şanxayda rübün əvvəlində fəaliyyətə ciddi təsir edib”. Bildirək ki, ÜDM (1 il ərzində ökənin istehsal etdiyi məhsul və hazırladığı xidmətlərin ümumi dəyərini göstərir-red) iqtisadiyyatın inkişaf ölçüsünü (yaxşı və ya pis nəticələr göstərdiyini) müəyyən etmək üçündür və nəticələr ekspertlər və mərkəzi banklar tərəfindən yaxından izlənilir.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.