Home » DAİM əməkdaşlarına baramaçılıqla bağlı təlimlər keçirilib

DAİM əməkdaşlarına baramaçılıqla bağlı təlimlər keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Respublikanın barama istehsalı ilə məşğul olan 40 rayonunun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşlarına baramaçılıqla bağlı təlimlər keçirilib.

Təlimlərin əsas məqsədi ölkəmizdə baramaçılığın və ipəkçiliyin inkişafı, məhsuldarlığın yüksəldilməsi və DAİM-də yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkiçilik və bitki mühafizəsi kafedrasının assistenti Gülnar Bağırova tərəfindən keçirilən təlimlər 2 gün davam edib. Təlimlərdə ümümilikdə 73  DAİM əməkdaşı iştirak edib. İştirakçılara  “Çəkil bağlarına qulluq”, “Kümxanaların hazırlanması və dezinfeksiya işlərinin aparılması”, “Tut ipəkqurdunun yemləndirilməsi qaydası”, “Tut ipəkqurdunun xəstəlikləri, zərərvericiləri və onlarla mübarizə üsulları” və “Yaş baramanın tədarük prosesinin təşkili” mövzularında ətraflı məlumat verilib.

Tədbirin sonunda İnsan Resursları şöbəsi tərəfindən kümçülərə infomasiya-məsləhət xidmətlərini göstərəcək mütəxəssislərə “Etik davranış qaydaları” mövzusunda təlim keçirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.