Danimarka mərkəzli külək turbini istehsalçısı “Resolux Group” Türkiyənin “Bayramoğlu Steel & Construction” şirkəti ilə tərəfdaşlığa girərək “Resolux Türkiye” ortaq müəssisəsini təsis edib. Bu müəssisə vasitəçiliyi ilə danimarkalı şirkət İzmir və Bursa şəhərlərində külək turbinlərinin daxili komponentlərinin istehsalına başlayacaq.
“Resolux Türkiye” şirkətinin sədri Okan Uykan mətbuata açıqlamasında bildirib ki, tərəfdaşlıq nəticəsində şirkət 2020-ci ilin sonuna qədər 200 külək turbininin daxili hissələrinin tədarükünü həyata keçirə biləcək. Növbəti illərdə isə bu göstərici iki qat artırılacaq. İlkin istehsal prosesinin yanvar ayının sonlarına təsadüf etməsi planlaşdırılır.
Məlumat üçün qeyd edək ki, Orbaek şəhərində mərkəzləşən “Resolux” şirkəti Türkiyə ilə yanaşı, Çin, Cənubi Koreya, , Braziliya, ABŞ, Cənubi Afrika, Belçika və Hindistanda fəaliyyət göstərir.