Home » DİN: Bank kartı sahibləri artan onlayn dələduzluqlara qarşı diqqətli olmalıdır

DİN: Bank kartı sahibləri artan onlayn dələduzluqlara qarşı diqqətli olmalıdır

by yunus
0 comments 0 views 1 minutes read

Daxili İşlər Nazirliyi (DİN) bank kartı istifadəçilərini kibercinayətkarlığın artması ilə bağlı diqqətli olmağa çağırıb.

BBN.az xəbər verir ki, mayın 13-də bir sıra vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla pul vəsaitləri oğurlanıb. Zərərçəkən şəxslərin kart hesablarından 10 000, 1 400, 1 190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64 və 53 manat məbləğində vəsaitlərin çıxarıldığı qeyd olunub.

Nazirlikdən bildirilib ki, bank kartlarına telefon zəngləri və ya mesajlar vasitəsilə edilən təkliflər çox zaman dələduzluq məqsədi daşıyır: “Onlayn cinayətlər hazırda davam edən və sürətlə yayılan kibertəhlükədir. Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə vətəndaşlara cəlbedici qazanc, sığorta xidmətləri, viza dəstəyi, bank hesablarının gücləndirilməsi və ya beh ödənişləri adı altında edilən təkliflərə inanmaq olmaz”.

DİN vətəndaşlara bu cür şübhəli zəng və yazışmalardan uzaq durmağı, mesajları dərhal silməyi və nömrələri bloklamağı tövsiyə edir. Eyni zamanda, bu kimi hallarda hüquq-mühafizə orqanlarına məlumat verilməsi vacib sayılır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.